İtaliyada quraqlıq təhlükəsi: Venesiya kanalları quruyur

İtaliyada quraqlıq təhlükəsi: Venesiya kanalları quruyur

İtaliyada, demək olar ki, əksər kanallar quruyub, suyun səviyyəsi yarım metr aşağı düşüb ki, bu da təcili yardım qayıqlarının işlməsinə böyük əngəl yaradıb.

“İNFONEWS” “rbc.ru” istinadən xəbər verir ki, ekoloqların sözlərinə görə, Alp dağlarında yağıntıların mövsüm normasının yarısından da az olması ölkədə quraqlıq təhlükəsi yaradır.

Alp dağlarında qarın həcminin 53 faiz azalması çayların su ehtiyatlarının səviyyəsinin enməsinə səbəb olub. Mənbəyi Alp dağlarından başlayan və Adriatik dənizinə tökülən Po çayında (İtaliyanın ən böyük çayı) suyun səviyyəsi analoji dövrün orta göstəricisinə nisbətən 61 faiz azalıb. Yağıntının olmaması və yüksək atmosfer təzyiqi nəticəsində Venesiyanın bəzi kanallarında su normal səviyyədən yarım metrədək aşağı düşüb. Kanallarda qayıqların və su taksilərinin hərəkəti çətinləşib.

Meteoroloqların son proqnozuna görə, yaxın günlərdə Alp dağlarında güclü qar və yağışlar gözlənilir.

Ötən ilin yayında İtaliya son 70 ilin ən şiddətli quraqlığına məruz qalmışdı. Hakimiyyət orqanları Po çayına bitişik rayonlarda (İtaliyanın kənd təsərrüfatı istehsalının təxminən 35 faizi bu bölgədə yerləşir) fövqəladə vəziyyət rejimi elan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir