Kürdəmirdə açıq ərazidə əl qumbarası aşkarlanıb.
Partlayıcı Bakı-Gəncə dəmir yolunun rayon ərazisindən keçən hissəsində tapılıb.
“İNFONEWS“-ə bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Dəmir yolu xəttində çalışan işçilər Daxili İşlər Nazirliyinin (DİN) “102” qaynar xəttinə zəng ediblər.
Faktla bağlı araşdırma aparılır.