“Ana fəryadı” abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır
Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb.
“İNFONEWS” xəbər verir ki, tədbirlər planına əsasən, parkın ərazisinin yaşıl örtüyü yenilənir, parkda abadlıq, təmizlik işləri görülür, yeni güllər əkilir. Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə, skamyaların rənglənməsi, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılır. Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənir, səkilər yuyulur. Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrində gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilir.
Hər il olduğu kimi yolboyu divarlara və binaların fasadlarına qanlı faciəni əks etdirən bannerlər vurulacaq.
Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.