Bundan sonra xatirələrdə yaşayacaq Seylan xanım – ALLAH RƏHMƏT ELƏSİN!

Bundan sonra xatirələrdə yaşayacaq Seylan xamın – ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) kitabxanasının inkişafı tarixində əvəzsiz rolu olan, universitetin ən çətin illərində kitabxananın elmi fondunun formalaşmasında, profil üzrə təşkil edilməsində, illərlə yenilməsində danılmaz rolu olan UNEC Kitabxana İnformasiya Mərkəzinin Əsaslı Kitabxanasının (KİM) Xidmət şöbəsinin müdiri Seylan Tağıyeva bu gün dünyasını dəyişib.

Seylan xanımı yaxından tanıyanlar çox yaxşı bilirlər ki, o, hələ lap gənc yaşlarından omrünü kitabxana işinə bağlayaraq, doğma kollektivinə, sevimli tələbələrinə həmişə analıq qayğısı göstərib, nəcib ziyalılığı ilə örnək xanımlardan olub. Onunla çiyin-çiyinə çalışmaq kitabxanaçılar üçün bir şans olub desək yanılmarıq. Bu gün Seylan Tağıyeva haqqında keçmiş zamanda danışmaq çox çətindir.

Enişli-yoxuşlu, kədərli-sevincli, acılı-şirinli, ölümlü-dirimli bir həyatda bundan sonra xatirələrdə yaşayacaq Seylan xamın!

“İNFONEWS” olaraq, Seylan Tağıyevanın vəfatından kədərləndiyimizi bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

ALLAH RƏHMƏT ELƏSİN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir