Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “SpaceX” şirkətinin banisi və baş direktoru İlon Maskla telefonda danışıb.
INFONEWS-un türk KİV-lərinin istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir.
Qeyd olunur ki, danışıqlar zamanı müxtəlif sahələrdə, o cümlədən Türkiyədəki dövlət və özəl sektora aid şirkət və müəssisələrlə kosmik texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.