​​​​​​​Bakıda zəncirvari qəza: Xəsarət alan var

​​​​​​​Bakıda zəncirvari qəza: Xəsarət alan var

Bakının Yasamal rayonunda 4 nəqliyyat vasitəsi qəzaya uğrayıb.

İNFONEWS” xəbər verir ki, hadisə “20 Yanvar” dairəsində qeydə alınıb.

Belə ki, “KamAz” markalı yük maşının sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman yük maşının əyləcində nasazlıq yaranıb. İdarəetmədən çıxan “KamAz” əvvəlcə “Toyota” markalı avtomobilə çırpılıb ardınca “Nissan” və “Hyundai” markalı maşına dəyən yük maşını yolayrıcı betona çırpılaraq dayanıb. Yük maşının sürücüsü bildirib ki, hadisəyə səbəb “KamAz”ın əyləc blokunun partlamasıdır.

Qəza nəticəsində “Toyota” markalı avtomobilin sərnişini xəsarət alıb.

Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir