Məşhur yazıçı Marianne Williamson ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək
Məşhur amerikalı yazıçı Marianne Williamson 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.
“İNFONEWS” xəbər verir ki, Şimal-Qərb Universitetinin Medill Jurnalistika Məktəbinə müsahibə verən Uilyamson 2024-cü ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizəd olacağı xəbərini təsdiqləyib.
“Hal-hazırda ən yaxşı ümidimiz olduğunu düşündüyüm kollektiv həssaslığın tətbiqinə töhfə verə biləcəyimə inanmasaydım, prezidentliyə namizədliyimi irəli sürməzdim” ,- deyə Williamson bildirib.
Ölkənin korporativ oliqarxların, korporasiyaların və silah istehsalçılarının kölgəsi altında “avtoritarizm təhlükəsi” altında olduğunu deyən Uilyamson, qanunvericilərin hüquqi şəxslərə qarşı lazımi səviyyədə mübarizə aparmaması fikrini müdafiə edib.