CÜMƏ SÖHBƏTLƏRİ -Bibiheybət Məscidində Xocalı faciəsi anılıb

Bibiheybət Məscidində cümə söhbətləri olub

“İNFONEWS” xəbər verir ki, fevral ayının 24-də Bibiheybət Məscidinin İmamı Hacı Mir Rahib Babayev tərəfindən Şaban ayı, İmam Hüseynin mövludu, Xocalı Soyqırımı barədə cümə söhbətləri olunub.

Söhbət zamanı Şaban ayının fəzilətləri barədə zəvvarlara məlumatlar verilib. Kərbəla və Azərbaycan şəhidlərin ruhlarına dualar oxunub, hadisələr barədə ətraflı məlumatlar verilib. Söhbət zamanı müstəqil Azərbaycanımız üçün dualar edilib. Söhbət zəvvarlar tərəfindən böyük maraqla dinlənilib.

Söhbətin videoyazısını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir