Sabirabadda minik avtomobili aşıb, dörd nəfər xəsarət alıb

Sabirabadda minik avtomobili aşıb, dörd nəfər xəsarət alıb

Sabirabadın Moranlı kəndində baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

İNFONEWS” in məlumatına görə, hərəkətdə olan minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində kənd sakinləri: – 1990-cı il təvəllüdlü Teyyubov Adəm Tofiq oğlu, 2022-ci il təvəllüdlü Bədirova Banu Eldar qızı, 1996-cı il təvəllüdlü Bədirova Adilə Cavanşir qızı və 2019-cu il təvəllüdlü Bədirzadə Babək Elvin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir