Türkiyə XİN Xocalı faciəsi ilə bağlı Azərbaycana başsağlığı verib

Türkiyə XİN Xocalı faciəsi ilə bağlı Azərbaycana başsağlığı verib

İNFONEWS” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinə Ermənistan Silahlı Qüvvələrinin hücumu nəticəsində aralarında çoxlu uşaq, qadın və qocanın da olduğu 613 azərbaycanlı mülki vətəndaş həlak olub, yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb və mindən çox azərbaycanlı əsir götürülüb. Bu qətliam nəticəsində itkin düşənlərin aqibəti indiyədək məlum deyil”.

“31 il əvvəl Xocalıda qətlə yetirilən azərbaycanlı vətəndaşlarımızın ağrısını bu gün də ürəyimizdə hiss edirik. Tarixə qara ləkə olaraq düşən bu insanlıq cinayətini lənətləyirik. Xocalı soyqırımında həlak olan azərbaycanlı qardaşlarımıza Allah rəhmət eləsin. Can Azərbaycan xalqına başsağlığımızı çatdırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir