Braziliyada güclü leysan nəticəsində ölənlərin sayı 60-ı ötüb
Braziliyanın San-Paulu əyalətinə yağan tropik leysan nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.
“İNFONEWS” xəbər verir ki, Hazırda 18-i uşaq olmaqla, 55 nəfərin kimliyi müəyyən edilib.
Bir həftə əvvəl bölgəyə bir gün ərzində aylıq normadan artıq yağıntı düşüb.
Təbii fəlakətdən ən çox təsirlənən San Sebastian və Bertioqada yağıntının miqdarı müvafiq olaraq rekord 627 və 683 mm-ə çatıb.
Bu, çoxsaylı daşqınlara və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.
Demək olar ki, bir həftə ərzində Sao Paulonu sahilyanı ərazilərlə və qonşu Rio-de-Janeyro ilə birləşdirən əsas magistral yollar boyunca nəqliyyat əlaqələri kəsilib. Axtarış-xilasetmə işlərinə müxtəlif xidmətlərin 500-dən çox əməkdaşı cəlb olunub. Davam edən yağışlar işləri çətinləşdirib.
Bildirilir ki, 2,5 minə yaxın sakin evlərini itirib. Təbii fəlakətdən əziyyət çəkən 5 bələdiyyədə fövqəladə vəziyyət elan edilib.