Binəqədi rayonunda hərbi sursat aşkar edilib

Binəqədi rayonunda hərbi sursat aşkar edilib

   “İNFONEWS”-un hadisə yerində olan əməkdaşları xəbər verir ki, Bakı şəhər Binəqədi rayonu,9cu korpus,1ci mədəndə, yaşayış evinin həyətyanı sahəsində partlamamış hərbi sursat aşkar edilib.

Bu barədə sakinlər dərhal Fövqəladə Hallar Nazirliyinin 112 Qaynar Xəttinə müraciət ediblər . Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Mina Təmizləmə qrupu , ərazidə xidmət aparan polis əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Vətəndaşlar yaşadığı ərazidən dərhal təxliyyə edilib. Hərbi sursat Mina Təmizləmə qrupunun əməkdaşları tərəfindən ərazidən götürülüb,hadisə nəticəsində xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir