Dövlət Proqramı məzunundan növbəti təlim

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.

İnfoNews-a verilən məlumata görə, 29 yanvar saat 17:00-da baş tutacaq təlim proqramı “Süni intellekt və oyunlar” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Kanadanın Toronto Universitetində kompüter elmləri ixtisasından bakalavriat səviyyəsi üzrə məzun Vüqar Məmmədlidir.

Təlimdə iştirak etmək üçün müvafiq link vasitəsilə https://forms.gle/D2GY4FBoovKWBFan7 qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir