Hacı Şahinin ölümü ilə bağlı yeni faklar ortaya çıxıb .
“İNFONEWS”-un əldə etdiyi məlumata görə, Məşədi Dadaş Məscidinin İmamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı və din xadimi Hacı Şahinin ürəyinə bir müddət əvvəl stent qoyulub.
İlahiyyatçının anadangəlmə ürək qüsurlu olduğu bildirilib.
Bu barədə Bakupost.az-a ilahiyyatçının yaxınlarından məlumat verilib.
Qeyd edilir ki, anadangəlmə mitral qapaq çatışmazlığı olan Hacı ürək əməliyyatı da keçirib:
“Ürəyinə stent qoyulan ilahiyyatçı problemindən xəbərdar idi. Klapan yetməzliyi ciddi ürək qüsurudur. Yeganə müalicəsi ürək köçürülməsidir”.
Xatırladaq ki, ilahiyyatçı Hacı Şahin bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.