Böyük Britaniyada qütb işıqları bir həftədə iki dəfə görünüb
Böyük Britaniya və qonşu adaların sakinləri bir həftədə iki dəfə şimal işıqlarını görüblər.
“INFONEWS ” xəbər verir ki, bu barədə “The Conversation” məlumat yayıb.
Bu həftə Böyük Britaniya sakinləri həmin qeyri-adi hadisə barədə iki dəfə məlumat verib və çoxlu fotolar çəkiblər. Birinci hal bazar günündən bazar ertəsinə keçən gecə, ikincisi isə bazar ertəsindən çərşənbə axşamına keçən gecə baş verib.
Qütb işıqları günəş küləyinin yüklü hissəciklərinin təsiri altında atmosferin yuxarı təbəqələrinin lüminesansıdır. Əsasən qütblərə yaxın şimal və cənubda müşahidə olunur.