Bu universitetin kollektivi Şəhid ailələrini ziyarət edib

Bu universitetin kollektivi Şəhid ailələrini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin kollektivi şəhid ailələrini ziyarət edib

“İNFONEWS” -a universitetdən verilən məlumata görə, 2023-cü il martın 7-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bu ali təhsil müəssisəsinin Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər.
Ailə üzvləri ilə görüşlərdə MDU kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış universitetin qəhrəman məzunlarının əziz xatirəsini böyük hörmət və minnətdarlıq hissləri ilə yad edib.
MDU ailəsi adından şəhid analarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən universitetin rektoru Şahin Bayramov Vətənə layiqli övladlar yetişdirən valideynlərə dərin ehtiramını bildirib.
Şəhid ailələrinin üzvləri dövlətin daim yüksək diqqət və qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir