Saç ustasına dadlı yemək ver – o, restorana 100 müştəri göndərsin
ABŞ-ın məşhur restoranlar şəbəkəsinin sahiblərindən biri marketinqə, PR-a çox az məbləğdə pul xərcləyərmiş.
Buna baxmayaraq, onun restoranları həmişə müştərilərlə dolu olar, müştəri azlığı kimi problemlər burada yaşanmazmış.
Bəs bunun sirri nədə imiş?
“İNFONEWS” bildirir ki, sahibkar hər yeni restoranının açılışını bol çeşidli dadlı yeməklərlə, maraqlı əyləncəli, bir sözlə, möhtəşəm təşkil edər, şəhərin bütün gözəllik salonlarının ustalarını bura dəvət edərmiş. Beləliklə, həmin günü dəvətli qonaqlar yeyib-içib, əylənib səhərisi günü işə xoş ovqatla gələrmişlər. Nəticədə bir neçə həftə çoxsaylı müştəriləri kontingentinə sahib olan bu ustalar böyük məmnuniyyətlə yeni restoran haqqında öz müştərilərinə məlumat verər, onları yüksək əhval-ruhiyyə, gözəl vaxt keçirə biləcəkləri məkana getməyi tövsiyə edirmişlər.
Necə deyərlər, ustaya bir gün bəxş elə, o sənə yüz yeni müştəri versin.