Binə qəsəbəsində yanğın baş verib

Binə qəsəbəsində yanğın baş verib

İNFONEWS” xəbər verir ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Vaqif Mirzəyev küçəsində yerləşən yaşayış evlərinin birində qısa qapanma nəticəsində yanğın baş verib.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin Post Patrul xidmətinin əməkdaşları dərhal əraziyə gələrək təhlükəsizlik tədbirlərini görüblər.

Əraziyə daha sonra dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın qısa müddət ərzində lokallaşdırılıb.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir