BMT-nin Baş katibi: “Hamı bundan faydalanacaq”
“İNFONEWS” xəbər verir.
BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün (Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çin) sammiti son zamanlarda qeyri-effektiv olan aparıcı güclər arasındakı münasibətləri düzəltməyə kömək edə bilər.
Bunu BMT-nin Baş katibi Antonio Quterriş deyib.
“Düşünürəm ki, aparıcı dünya gücləri arasındakı münasibətlər səriştəsiz idi. Bu əlaqələrin daha yaxşı işləməsi çox vacibdir, hamı bundan faydalanacaq”, – Baş katib əlavə edib.