“Sosiallıq Dairəsi” layihəsi başa çatıb

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Sosiallıq Dairəsi” layihəsi çərçivəsində fəaliyyətlərin icrası başa çatıb.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən “İNFONEWS“-a məlumat verilib ki, 1 ay müddətində həyata keçirilmiş layihə çərçivəsində komanda quruculuğu, müsahibə simulyasiyaları, bullinq, psixoloji zorakılıq və ailədaxili münasibətlərə təsiri, peşə etikası və bir sıra mövzularda təlimlər keçirilib. İştirakçılar habelə intellektin cəmiyyətdə rolu, sosial fobiya və onun gündəlik həyata təsiri, psixologiya, bədən dili və digər mövzularda qrup işləri təqdim edərək, öz öyrəndiyi bilik və bacarıqları praktiki şəkildə tətbiq ediblər.

Bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin potensial bilik və bacarığını təkmilləşdirmək, əhalinin müxtəlif kateqoriyalarının ehtiyac və maraqlarının öyrənilməsində gənclərin rolunu daha da gücləndirmək, habelə aktual problemlərin həllində aktiv iştirakçılığını artırmaqla dövlət gənclər siyasətinə töhfə verməkdir.

Layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir