25 min bilet artıq satıldı
“Qarabağ” – “Qalatasaray” oyununa olan biletlər satılıb.
“İNFONEWS” xəbər verir ki, “Qarabağ” – “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq görüşünün biletləri bu gün saat 11:00-da satışa çıxarılıb. 2 saat ərzində 25 min bilet satılıb.
Qeyd edək ki, oyun 26 Mart saat 20:00-da Koroğluda yerləşən Bakı Olimpiya stadionunda baş tutacaq. Oyundan əldə ediləcək gəlir xeyriyyə məqsədi ilə Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə göndəriləcəkdir.