“Anne elma kokusu geliyor” – Halepçe Qətliamı
Hələbcə Qətliamının üstündən 35 il ötür.
Bu gün “İNFONEWS” olaraq tarixə geri dönüş etdiyimiz zaman tam 35 il öncə baş vermiş bir qətliamı yada salmaq istədik.
Məsum əhalini hədəf alan ən böyük kimyəvi hücum olaraq tarixdə yaşanmış Halepçe Qətliamı 35 il öncə 1988-ci il 16 Mart səhəri yaşandı.
İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumu. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilmişdir. Ölənlər barədə müxtəlif məlumatlarda bir neçə yüz nəfərdən 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın isə müxtəlif xəsarətlər aldığı bildirilir. Daha çox 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir.
1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanımışdır.