Bibiheybət Məscidində cümə xütbəsi oxunub .
“İNFONEWS” xəbər verir ki, mart ayının 17-də Bibiheybət Məscidinin İmamı, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayev tərəfindən oxunulan cümə xütbəsi Şaban ayının son günləri və Novruz barədə olub.
Xütbə zamanı zəvvarlarla nəsihətamiz söhbətlər edilib, xalqımızın və doğma Azərbaycanımızın salamatçılığı üçün dualar edilib, Şaban ayının, qarşıdan gələn Ramazan ayının fəzilətləri barədə ətraflı məlumatlar verilib. Zəvvarların və Azərbaycan xalqının Novruz bayramı təbrik edilib.
Xütbə zəvvarlar tərəfindən böyük maraqla dinlənilib.
Xütbənin videoyazısını təqdim edirik: