Hacı Rahib Babayev Ramazan ayı və Novruz bayramı münasibətilə xalqımızı təbrik edib .
Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir. Bu il – 2023-cü il ölkəmizə yaz fəsli mart ayının 21-i Bakı vaxtı ilə saat 01:24:24-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
Həmçinin mart ayının 23-ü Müsəlmanların müqəddəs ayı olan Ramazan ayı öz mübarək qədəmləri ilə daxil olacaq.
“İNFONEWS” xəbər verir ki, hər iki bayram münasibəti ilə Bibiheybət Məscidinin İmamı, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayev dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Bismillahir – Rəhmanir – Rəhim.
Əziz həmvətənlərim, qarşıdan 11 ayın sultanı Ramazan ayı gəlir. Allahın rəhmət ayı gəlir. Bərəkət ayı gəlir. Bağışlanma ayı gəlir. Bu ayın gəlişi münasibəti ilə siz əzizlərimi səmimi qəlbdən təbrik edirəm. Allahdan arzum budur ki, bu ayda etdiyimiz dualarımız qəbul olsun İnşAllah. Bununla yanaşı, yurdumuza Bahar gəlir, elimizə Novruz gəlir. Bu münasibətlə sizləri təbrik edirəm. Qoy Uca Tanrı ocaqlarınızı isti, suyunuzu sərin, ruzinizi bol qərar versin. Bayrağımız həmişə uca dalğalansın. Azərbaycanımız həmişə zirvələrdə olsun. Bayramımız mübarək olsun!”