22 mart – Ümumdünya Su və ya Su Resursları Günüdür
22 mart – Ümumdünya Su və ya Su Resursları Günüdür. Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən, Ümumdünya Su və ya Su Resursları Günü qeyd olunmağa başlanılıb.
“İNFONEWS” xəbər verir ki, son illər müşahidə olunan iqlim dəyişiklikləri şirin su ehtiyatlarının azalmasına səbəb olub. Əksər dünya ölkələrində, o cümlədən Azərbaycanda da müşahidə olunan bu tendensiyanın təsirlərini azaltmaq üçün kompleks tədbirlər görülür.
Belə şəraitdə istehlakçıların sudan qənaətlə istifadəsi tövsiyə edilir. Su həyatdır, su varlığımız və gələcəyimizdir, suya qənaət etmək isə mütləqdir!