Qırğızıstanın yeni seçilmiş Prezidentinin andiçmə mərasimi keçirilib
“İNFONEWS” xəbər verir.
Yanvarın 28-də Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında yeni seçilmiş Prezident Sadır Japarovun andiçmə mərasimi keçirilib.
Mərasimdə ölkə parlamenti-Joqorku Keneşin deputatları, hökumətin üzvləri, sabiq prezidentlər, keçmiş parlament sədrləri və baş nazirlər, Qırğızıstandakı dini konfessiyaların rəhbərləri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların, ictimaiyyətin nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, yerli, xarici jurnalistlər iştirak ediblər. Ümumiyyətlə mərasimə 1000-dən çox qonaq qatılıb.
Sadır Japarov təntənəli surətdə Vətənə və xalqa sədaqət andı içib və rəsmi olaraq Prezident kimi fəaliyyətə başlayıb.
Sonra Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova Sadır Japarova Prezident vəsiqəsini, döş nişanını və ştandartı təqdim edib.
Xatırladırıq ki, Qırğızıstanda prezident seçkiləri yanvarın 10-da keçirilib və Sadır Japarov seçicilərin 79,2 faizinin səsini qazanıb.