Bibiheybət Məscidində cümə xütbəsi Ramazan ayı barədə olub

Bibiheybət Məscidində cümə xütbəsi Ramazan ayı barədə olub .

“İNFONEWS” xəbər verir ki, mart ayının 24-də – Ramazan ayının ilk cümə günündə Bibiheybət Məscidinin İmamı, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayev tərəfindən oxunulan cümə xütbəsi Ramazan ayı barədə olub.

Xütbə zamanı zəvvarlarla nəsihətamiz söhbətlər edilib, onlara Ramazan ayının fəzilətləri, əməlləri haqqında ətraflı məlumat verilib. Xalqımızın və doğma Azərbaycanımızın salamatçılığı üçün dualar edilib, şəhidlərimiz ruhlarına dualar oxunub. Qazilərimizin və bütün şəfaya ehtiyacı olan şəxslərin şəfa tapması üçün dualar edilib.

Xütbə zəvvarlar tərəfindən böyük maraqla dinlənilib.

Xütbənin videoyazısını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir