Ərdoğan Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vlolodimir Zelenski ilə münaqişənin həllini müzakirə etmək üçün telefon danışığı aparmaq niyyətindədir.
İNFONEWS xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “NTV” telekanalına müsahibəsində bildirib.
“Ölkə rəhbəri Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Cənab Zelenski ilə də Ukraynadakı vəziyyətin həlli yollarını tapmaq üçün danışıqların aparılacağı gözlənilir”-deyə, o bildirib.
Martın 25-də Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan telefonla Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan Putinə taxıl müqaviləsinin uzadılması məsələsində müsbət mövqeyinə görə təşəkkür edib.
Bundan əvvəl Ərdoğan bildirib ki, Ankara münaqişələrin tərəfi olmayacaq və Ukrayna ilə bağlı vəziyyətdə olduğu kimi, sülh yolu ilə nizamlanmanın tərəfdarı olmaq niyyətindədir. O, həmçinin Rusiya və Ukrayna liderləri arasında Türkiyədə danışıqlar təşkil etməyə çalışdığını dəfələrlə təkrarlayıb.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır