Messi yenidən “Barselona”ya qayıdır
PSJ-nin ulduz futbolçusu Leonel Messi yenidən “Barselona”ya qayıdır.
“İNFONEWS” xarici mətbuata istinadən xəbər verir ki, hücumçu transferə razılıq verib, indi hər şey klubun təklif edəcəyi müqavilə şərtlərindən asılıdır:
Məlumata görə, “Barselona”nın prezidenti Joan Laporta Messi ilə özü danışıb və ondan klubdan getməyə məcbur qoyulduğu üçün üzr istəyib.
Futbolçunun həyat yoldaşı Antonella Rokuzzo və uşaqları da İspaniyaya qayıtmaq istəyirlər.