Xalq dastanlarımızın əlyazma nüsxələrinin surətləri əldə edilib

Xalq dastanlarımızın əlyazma nüsxələrinin surətləri əldə edilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov Paris Milli Kitabxanasından “Əsli və Kərəm” (“Hekayəti Kərəm” adı ilə) və “Aşıq Qərib” (“Aşıq Qərib və Şahsənəm xanım” adı ilə) dastanlarının XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərini əldə edib.

“İNFONEWS” – un AMEA-dan əldə edilən məlumatına görə, 157 səhifəlik “Hekayəti Kərəm” adlı birinci əsər 1850-ci ildə nəstəliq xətti ilə köçürülüb. Hadisələr Bakı nəşrlərindən fərqli olaraq İsfahanda deyil, Şirazda cərəyan edir.

İkinci əlyazma “Aşıq Qərib” dastanının ən qədim nüsxəsidir. 1838-1839-cu ildə nəstəliq xətti ilə köçürülüb. 65 səhifəlik əlyazmanın nəzm hissəsi əsasən qoşmalardan ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir