Bu gün – 27 mart Beynəlxalq Teatr Günüdür

Bu gün – 27 mart Beynəlxalq Teatr Günüdür

Bu gün – 27 mart Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub.

“İNFONEWS” xəbər verir ki, ilk dəfə teatr Qədim Yunanıstanda yaranıb. “Teatr” yunancadan tərcümədə “Tamaşa yeri” mənasını daşıyır.

Teatr qədim yunanların ən sevdiyi məkan olub ki, ona “böyüklər üçün məktəb” də deyiblər.  Aktyorlar tamaşanın məzmununa uyğun maskalar taxırdılar. Parlaq rəngli maskaları ən arxa cərgələrdə belə oturanlar yaxşı görürdülər. Aktyorlar səhnədə hündür görünməkdən ötrü qalın altlığı olan xüsusi ayaqqabılar geyirdilər. Qadın rollarını da kişilər oynayırdılar. Hər il iki-üç teatr tamaşası göstərilir və hər tamaşa üç gün səhərdən axşamadək davam edirdi.

Teatr sonralar qədim Romada, Şərq ölkələrində – Çində, Hindistanda, Yaponiyada geniş yayıldı. 1948-ci ildə teatr ictimaiyyəti rəsmi olaraq YUNESKO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitutunda birləşdi.

Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 30-a yaxın dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə martın 10 ölkəmizdə Milli Teatr Günü kimi qeyd edilir.

2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər sayəsində Qarabağda mədəniyyətimizin dirçəlişi üçün də tarixi bir səhifə açılıb. Otuz il əvvəl Qarabağdan – Şuşadan, Ağdamdan, Füzulidən didərgin düşən teatrlarımız tezliklə yenidən qurulacaq doğma şəhərlərdə fəaliyyətini davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir