İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov martın 30-da Tərtər rayonunda (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti, 46, Gənclər Mərkəzi) Tərtər və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.
“İNFONEWS” – un Nazirlikdən əldə etdiyi məlumatıa görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək. Qəbula gəlmək istəyən Tərtər və Bərdə rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin “195-1” Çağrı Mərkəzində və ya rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.