Millət vəkili Fazil Mustafa evinin qarşısında güllələndi

Millət vəkili Fazil Mustafa evinin qarşısında güllələndi

Milli Məclisin deputatı Fazil Mustafa iki güllə yarası alıb.

İNFONEWS-un əldə etdiyi məlumata görə, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.

Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir.

Polis hadisə yerindədir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti “İNFONEWS”-a açıqlamasında hadisəni təsdiqləyib.

Hazırda əməliyyat-istintaq tədbirləri aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir