BDU-da vakant vəzifələri tutmaq üçün müsabiqə elan edildi
Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.
“İNFONEWS” -un BDU-dan əldə etdiyi məlumatında görə, boş olan yerlər aşağıdakılardaır:
-Coğrafiya fakültəsi, dekan, 1 yer;
-Əqli mülkiyyət hüququ kafedrası, kafedra müdiri, 1 yer;
-Fiziki coğrafiya kafedrası, kafedra müdiri, 1 yer;
-İqtisadiyyat kafedrası, baş müəllim, 1 yer.
Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən 1 ay müddətində, 1996-cı il 7 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.
Ünvan: AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 33.