AzTU-nun təqaüdə ayrlımış professoru vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, texnika elmləri doktoru, Prezident təqaüdçüsü, Radiotexnika kafedrasının məsləhətçi professoru Ulduz Kəngərli 97 yaşında vəfat edib.

Ulduz Kəngərli 1961- 2005-cı illərdə Radiotexnika kafedrasının müdiri vəzifəsində çalışıb.

O, 218 elmi məqalənin, 12 müəlliflik şəhadətnaməsinin, 14 dərslik və dərs vəsaitinin, 8 metodiki göstərişin müəllifi olub.

AzTU-nun rəhbərliyi və kollektivi Ulduz Kəngərlinin vəfatından kədərlənir, ailəsinə səbr diləyir.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir