Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq

Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq

Aprelin 5-dən Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq.

İNFONEWS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, Ermənistanda süd məhsullarının istehsal edildiyi müəssisələrdə aparılmış yoxlamaların qeyri-qənaətbəxş nəticələri nəzərə alınaraq, “Rosselxoznadzor” Ermənistanın Baytarlıq Xidmətinə aprelin 5-dən etibarən ölkədəki bütün müəssisələrdən Rusiyaya süd məhsullarının sertifikatlaşdırılmasının dayandırılması xahişi ilə müraciət edib.

“Rosselxoznadzor”un bəyanatında qeyd edilib ki, tədarükün bərpası Ermənistan tərəfinin aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün apardığı işlərin nəticələrindən asılı olacaq.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir