Sabah Moskvada Rusiya, Türkiyə, Suriya və İran rəsmiləri görüşəcək
Bazar ertəsi (3 aprel – Red) Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin müavinləri arasında danışıqlar aparılacaq, bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq Moskvaya gəliblər.
İNFONEWS xəbər verir ki, bu barədə “TASS” mənbəyə istinadən məlumat yayıb.
“Sabah xarici işlər nazirlərinin görüşünün hazırlanması ilə bağlı məsləhətləşmələr aparılacaq. Artıq bütün nümayəndə heyətləri Moskvaya gəlib”, – mənbə bildirib.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır