Günəş fəallığının stabil olacağı gözlənilir – Rəsədxana

Günəş fəallığının stabil olacağı gözlənilir – Rəsədxana

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

“İNFONEWS” -un rəsədxanadan əldə etdiyi məlumatında bildirilib ki, hazırda Günəş küləyinin sürəti Yer orbitində saniyədə 461.5 kilometrdir. Planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 5.9 nT, radial istiqamətdə isə 2.44 nT təşkil edir.

Geomaqnit sahənin aktivliyi artaraq martın 30-dan 31-dək zəif (G1) geomaqnit qasırğası baş verib. Hazırda geomaqnit sahə sakitdir (2Kp).

Günəş fəallığının stabil olacağı gözlənilir. C sinif alışmanın başvermə ehtimalı 25 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 1 faiz, X (R3) sinif isə 1 faiz təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin aprelin 3-dən 5-dək yüksək səviyyələrə çatacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə aprelin 5-dək fon səviyyəsində qalacağı proqnozlaşdırılır. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir.

Geomaqnit sahəsinin aprelin 3-dən 5-dək və 10-dan 11-dək aktiv olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir