Yunanıstanda üç aya yaxın qüvvədə olan ümumi karantin daha bir həftə uzadılıb.
INFONEWS-un məlumatına görə, bu barədə brifinqdə Vətəndaşların müdafiəsi işləri üzrə nazirin müavini Nikos Hardalias bildirib.
N.Hardalias bildirib ki, epidemioloji vəziyyət tədbirlərin yumşaldılmasına imkan vermir, karantin bir həftə uzadılır və bundan sonra vəziyyətin yeni qiymətləndirilməsi aparılacaqdır.
Onun sözlərinə görə, prefekturadan prefekturaya hərəkət qadağası qüvvədə qalır, evdən çıxmağa icazə almaq üçün SMS mesajları göndərməyə və ya çap olunmuş formaları doldurmağa davam etmək lazımdır. İnsanların küçələrdə və ya ictimai və şəxsi nəqliyyatda hərəkəti də 21:00-dan 05:00-a qədər qadağandır.