Türkiyənin 17 şəhərində koronavirusun “Britaniya” ştammına yoluxma halları qeydə alınıb.
INFONEWS-un məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir qeyd edib ki, ölkə vətəndaşları arasında bu koronavirus variantına yoluxma hallarının sayının 128 nəfərə qədər artıb:
“Mutasiya təhlükəsi ilə bağlı diqqətli olmalıyıq. Avropada xəstələnmə sayının artması faktorlarından biri koronavirusun mutasiya olunmuş variantıdır”.