Bu forumda Qarabağda yaradılan investisiya mühitindən bəhs olunacaq
Bu il sentyabrın 5-7-də Polşanın Karpaç şəhərində bu ölkənin Şərqi Araşdırmalar İnstitutu tərəfindən Beynəlxalq İqtisadi Forum keçiriləcək.
“İNFONEWS” xəbər verir ki, bu barədə İqtisadi Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mahir Hümbətov ötən ilin yekunları və qarşıdakı hədəflərə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Bildirilib ki, forumda İqtisadi Elmi-Tədqiqat İnstitutunun nümayəndələri iştirak edəcək. Forumda ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işləri və yaradılan investisiya mühitindən bəhs olunacaq.