Düşənbədə Azərbaycan-Tacikistan investisiya forumu keçiriləcək
Bu gün Düşənbədə Azərbaycan-Tacikistan investisiya forumu keçiriləcək.
İNFONEWS Tacikistan mətbuatına istinadən xəbər verir ki, forumda hər iki tərəfi təmsil edən 150-yə yaxın iştirakçının, o cümlədən nazirlik və idarə rəhbərlərinin, rəsmilərin, sahibkarların, investorların, Azərbaycan və Tacikistan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələrinin iştirakı gözlənilir.
Forumda turizm, sənaye, enerji, xidmət və s. sahələrdə investisiya imkanları təqdim olunacaq.
İki ölkənin dövlət və özəl sektorları arasında əməkdaşlığa dair yeni sənədlərin imzalanması gözlənilir.
Tacikistan Prezidenti yanında Statistika Agentliyinin məlumatına görə, 2022-ci ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 6,2 milyon ABŞ dolları təşkil edib.
İkitərəfli ticarətin təxminən 95%-i Azərbaycan məhsullarının Tacikistana idxalının payına düşür.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır