Rumıniya Ukrayna və Moldovaya müdafiə üçün əlavə vəsait ayıracaq

Rumıniya Ukrayna və Moldovaya müdafiə üçün əlavə vəsait ayıracaq

Rumıniya Ukrayna və Moldovanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün bu ölkələrə əlavə olaraq, müvafiq qaydada 800 min və 750 min ABŞ dolları verəcək.

İNFONEWS TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku NATO xarici işlər nazirlərinin iclasından əvvəl bildirib.

“İclasın gedişində Ukraynaya 800 min ABŞ dollarından çox, Moldovaya isə 750 min ABŞ dollarından çox vəsait ayırmaqla NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi proqramlarına əlavə töhfə verəcəyimizi elan edəcəyəm”, – o deyib.

B.Auresku nazirlərin görüşündə Qara dənizdə təhlükəsizlik məsələlərinin müzakirə olunacağını vurğulayıb.

“Bu, şərq cinahdakı ölkələrdə, o cümlədən Rumıniyada müttəfiqlərin mövcudluğunu saxlamaq və genişləndirmək deməkdir”, – o əlavə edib.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir