Ukrayna Polşadan yeni hərbi yardım paketi alacaq
“Kiyev və Varşava yeni hərbi yardım paketi haqqında razılığa gəliblər”.
İNFONEWS xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukrayna xüsusilə “MiQ-29” təyyarələri, “Rosomak” zirehli transportyorları və “Piorun” zenit-raket kompleksləri alacaq.
“Bu gün biz Polşanın “Rosomak” zirehli transportyorlarının, “Rak” özüyeriyən minaatanlarının, hava hücumundan müdafiə sistemlərinin, xüsusən də Polşanın Baş naziri Mateuş Moravetskinin dediyi kimi, “Perunov”, “MiQ-29” təyyarələr və digər zəruri silahların tədarükü haqqında sənəd imzalayırıq”.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır