Ukrayna ABŞ-dan 2,5 milyard dollar qrant alacaq

Ukrayna ABŞ-dan 2,5 milyard dollar qrant alacaq

Ukraynanın maliyyə naziri Serqey Marçenko və Dünya Bankının Şərqi Avropa (Belarus, Moldova və Ukrayna) üzrə regional direktoru Arup Banerji Ukraynaya ABŞ-dan 2,5 milyard dollar məbləğində ikinci qrantın verilməsi haqqında saziş imzalayıblar.

İNFONEWS xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Birinci qrantın həcmi 1,25 milyard dollar təşkil edib. Vəsait Ukraynada dövlət büdcəsi xərclərinin qismən ödənilməsi üçün istifadə olunacaq. 2023-cü ildə Ukrayna bu layihə üçün artıq dörd qəbz alıb.

2023-cü ildə ABŞ-ın Ukraynaya ayırdığı qrantların məbləğinin 9,9 milyard dollar olacağı planlaşdırılır.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir