Ermənistanda müxalif deputatın toxunulmazlığı ləğv olunub

Ermənistanda müxalif deputatın toxunulmazlığı ləğv olunub

Ermənistan parlamenti baş prokurorun deputat Mqer Saakyana qarşı cinayət işinin başlanması barədə vəsatətini təsdiqləyərək onu toxunulmazlıq statusundan məhrum edib.

İNFONEWS xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, baş prokuror Anna Vardapetyanın vəsatətinin lehinə 65 deputat səs verib.

Xatırladaq ki, martın 31-də Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri üzrə Daimi Komissiyasında qapalı müzakirə zamanı “Ermənistan” blokundan olan deputat Mqer Saakyan komissiyanın sədri Vladimir Vardanyana hücum edərək onu vurub, bədən xəsarətləri yetirdikdən sonra qaçmışdı. Sonra onu saxlamışdılar.

Qeyd edək ki, Ermənistan parlamenti 107 deputatdan ibarətdir. 71 deputat hakim “Vətəndaş müqaviləsi” fraksiyasının təmsilçisidir. Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın himayədarlıq, keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi müxalif “Ermənistan” fraksiyası parlamentdə 29 deputatla təmsil olunur. Onun başçısı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyandır. Başqa bir müxalif fraksiya isə “Şərəf duyuram” adlanır. Ona Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanesyan rəhbərlik edir. Hər iki fraksiyanı Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan dəstəkləyir.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir