Ermənistanın XİN rəhbəri: “Yaxın vaxtlarda Ceyhun Bayramovla görüşəcəyəm”

Ermənistanın XİN rəhbəri: “Yaxın vaxtlarda Ceyhun Bayramovla görüşəcəyəm”

“Ermənistan Azərbaycan tərəfi ilə təmasları bərpa etməyə hazırdır”.

İNFONEWS “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

“Birbaşa təmasların dayandırılmasına baxmayaraq, danışıqlar prosesi heç vaxt dayanmayıb. Bu müddət ərzində tərəflər bir neçə dəfə sülh müqaviləsinin mətni ilə bağlı təkliflər mübadiləsi aparıblar”, – nazir bildirib.

A.Mirzoyan, həmçinin yaxın vaxtlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyini deyib.

O xatırladıb ki, İrəvanla Bakı arasında təmaslar həm birbaşa, həm də üçüncü ölkələr vasitəsilə davam edir.

Qeyd edək ki, bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı bildirib ki, Bakı ilə İrəvan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir