Azərbaycan və ABŞ arasında ikitərəfli müdafiə məsələləri müzakirə olunub

Azərbaycan və ABŞ arasında ikitərəfli müdafiə məsələləri müzakirə olunub

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ABŞ Milli Qvardiya Bürosunun rəis müavini general-leytenant Mark Sassevil ilə görüşüb.

Bu barədə İNFONEWS-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahimin də iştirak etdiyi görüşdə “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti, gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi, hərbi pilotların hazırlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir