Hacı Rahib Babayev 114 TV-in qonağı olub .
“İNFONEWS” xəbər verir ki, aprel ayının 13-də – Ramazan ayının 22-ci günündə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Bibiheybət Məscidinin İmamı, Hacı Mir Rahib Babayev Qafqaz Müsəlmanları İdarəsinin TV kanalı olan 114 TV-də yayımlanan Mənəvi Dəyər proqramının qonağı olub.
Oktay Quliyevin aparıcılığı ilə davam edən proqram zamanı islamşünas Hacı Mir Rahib Babayev tərəfindən Ramazan ayı ilə bağlı söhbətlər edilib. İzləyicilərə Ramazan ayının və Qədr gecələrinin fəzilətləri, əməlləri haqqında ətraflı, geniş məlumat verilib. Xalqımızın və doğma Azərbaycanımızın salamatçılığı, xoşgüzaranı, üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması, ölkəmizin hər zaman qalib və müzəffər olması üçün dualar edilib. Şəhidlərimiz anılıb, ruhlarına dualar oxunub. Qazilərimizin və şəfaya ehtiyacı olan şəxslərin şəfa tapması, iltimas edənlərin hacətlərinə çatması üçün dualar edilib.
Proqramın videoyazısını təqdim edirik: