Doktoranturaya qəbuldan fəlsəfə fənni çıxarılıb?

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası” təsdiq edilib və fəlsəfə doktoru imtahanları 2021-ci ilin yanvar ayından etibarən “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq təşkil edilməlidir.

 

Sosial mediada bu qaydalar doktorantura pilləsinə qəbula aid olan şərtlərlə qarışdırılaraq müzakirəyə səbəb olub.

 

Doktoranturaya qəbul qaydaları dəyişilibmi-Yenidən qeydiyyatdan keçmək tələb olunurmu?

 

“Bu qaydalar Fəlsəfə doktoru imtahanı verəcək şəxslər üçündür. İlk dəfə dokronturaya qəbul üçün qeydiyyatdan keçənlərə aid deyil. Onlar üçün qeydiyyat başa çatıb və qaydalarda hər hansı dəyişiklik edilməyib.

 

Bu dəfəki proses hal-hazırda doktoranturada təhsil alanlara şamil edilir”.

 

İnfonews AzEdu.az-a istinadən bildirir ki, bu fikirləri DİM-in sektor müdiri Xanlar Xanlarzadə deyib. O, imtahanların fevral ayı ərzində baş tutacağını da qeyd etdi:

 

“Bu ildən ilk dəfə olaraq doktorantura pilləsində təhsil alanların da xarici dil imtahanları DİM tərəfindən həyata keçiriləcək. Əvvəlki illərdə bu proses universitet daxilində keçirilirdi. Qeyd edim ki, həm ilk dəfə doktoranturaya qəbul üçün qeydiyyatdan keçənlərin, həm də Fəlsəfə doktoru imtahanlarının iddiaçıları üçün ingilis dili fənnindən imtahanlar fevral ayı ərzində keçiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir